Aqrar xəbərlərTorpaqların konsolidasiyası və torpaq bankçılığı: Budapeştdə beynəlxalq müzakirələr
FermerMarket.az
8 sentyabr 2026, 14:00
Macarıstanın paytaxtı Budapeşt şəhərində “17-ci Beynəlxalq LANDNET İşçi Görüşü və Ailə Təsərrüfatları üzrə İkinci Regionlararası Dialoq” keçirilir və tədbirdə Azərbaycan nümayəndə heyəti iştirak edir.
Tədbirdə torpaqların konsolidasiyası və torpaq bankçılığının həyata keçirilməsi sahəsində gələcəyə baxış, ailə təsərrüfatlarının üstülk təşkil etdiyi rəqabətli kənd təsərrüfatı iqtisadiyyatının inkişafı məsələləri müzakirə olunur.
Torpaq konsolidasiyası — parçalanmış, natamam Formalı torpaq sahələrinin birləşdirilərək səmərəli istifadəyə yararlı ölçülərə gətirilməsi avropada ailə fermaları üçün mühüm alətdir. Bu təcrübə Azərbaycanda da aqrar islahatlar kontekstində maraq doğurur.
Mənbə: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi — agro.gov.az
